İsrail HƏMAS-ın 2 yüksək rütbəli liderini öldürdü
Son 24 saat ərzində İsrailin Qəzza zolağındakı hədəflərə endirdiyi zərbələr nəticəsində HƏMAS-ın siyasi bürodakı təhlükəsizlik naziri Yaser Harb Musa və təşkilatın fövqəladə hallar komitəsinin rəhbəri Məhəmməd Camatzi öldürülüb.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Qeyd edək ki, İsrail və HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə yanvarın 19-da atəşkəs ilə bağlı razılığa gəliblər. Müqavilənin icrasının birinci mərhələsi martın 1-də başa çatıb. Martın 18-də isə İsrail Qəzzada döyüşləri bərpa etdiyini açıqlayıb.
Töhfə Səməd
tag: İsrail,Qəzza,HƏMAS,Yaser Harb Musa,Məhəmməd Camatzi,todaypress.az,