İsrail HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirdi
İsrail ordusu Qəzza zolağının şimalında HƏMAS hərəkatının hərbi obyektinə və Fələstin anklavı sahillərində bir neçə gəmiyə zərbələr endirib.
TodayPress xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri Qəzzanın şimalında İsrail ərazisinə raket atmaq üçün hazırlıqların aparıldığı HƏMAS hərbi obyektinə, həmçinin bir neçə gəmiyə zərbələr endirib. Bu gəmilər HƏMAS və "İslami Cihad"ın fəaliyyətlərində istifadə üçün nəzərdə tutulub" deyə məlumatda deyilir.
Əlavə edilib ki, ordu İsrail mülki əhalisi və İsrail qüvvələrinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün Qəzza zolağında hədəflərə zərbələr endirməkdə davam edir.
Töhfə Səməd
tag: İsrail,HƏMAS,Qəzza,Zərbə,Todaypress.az,