İsrail HƏMAS-ın reaktiv yaylım atəşi sistemlərinə zərbələr endirdi
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsinə HƏMAS-ın yüklü və atmağa hazır reaktiv yaylım atəşi sistemlərini vurub.
TodayPress xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Hərbi bəyanatda əlavə edilib ki, raket buraxılış qurğuları İsrail ərazisinə yönəlib.
"Zərbədən sonra ikinci dərəcəli partlamalar qeydə alınıb ki, bu da buraxılış üçün hazırlanmış raketlərin mövcudluğunu göstərir" mətbuat xidməti bildirib.
Departament əlavə edib ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında terror təşkilatlarına qarşı fəaliyyətini davam etdirəcək.
Töhfə Səməd
tag: İsrail ,Müdafiə Qüvvələri,Qəzza ,HƏMAS,todaypress.az,