İsrail HƏMAS komandirini öldürdü

Dünya

04.04.2025 12:35

2672

İsrail Müdafiə Qüvvələri Livanın qərbində Fələstin HƏMAS hərəkatının komandiri Həsən Fərhatın Səidə bölgəsinə endirdiyi hava hücumunda öldürüldüyünü təsdiqləyib. 

TodayPress xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.   

"Müdafiə Qüvvələri gecə ərzində Səidə bölgəsinə zərbələr endirərək, Livanın qərbində HƏMAS komandiri Həsən Fərhatı öldürüb. Fərhat mülki İsrail vətəndaşlarına və əsgərlərinə qarşı çoxsaylı terror aktları təşkil edib" deyə məlumatda bildirilir. 

Mətbuat xidməti Fərhatın İsrail və onun vətəndaşları üçün təhlükə yaratdığını qeyd edib.

Ordu departamenti əmin edib ki, Müdafiə Qüvvələri HƏMAS terrorçularına qarşı hər yerdə fəaliyyətini davam etdirəcək.

Töhfə Səməd

tag: İsrail,HƏMAS,Münaqişə,Hava Hücumu,Todaypress.az,