İsrail "Hizbullah"ın 2 üzvünü öldürdü

Dünya

16.03.2025 16:30

1836

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda kəşfiyyat apardığı və terror əməliyyatlarına cavabdeh olduğu iddia edilən "Hizbullah" qruplaşmasının iki üzvünü öldürüb.

TodayPress xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Müdafiə Qüvvələri bu gün səhər saatlarında Livanın cənubundakı Yatar və Mis əl-Cəbl ərazilərində kəşfiyyat aparan və aparıcı terror əməliyyatlarında iştirak edən iki “Hizbullah” terrorçusunu öldürüb" məlumatda bildirilib.

Töhfə Səməd

tag: İsrail Müdafiə Qüvvələri,Livan,Hizbullah,Hücum,todaypress.az,