İsrail Livana hava zərbələri endirdi

Dünya

07.04.2025 12:52

13

İsrail Hərbi Hava Qüvvələrinə məxsus helikopterlər Livanın cənubunda yerləşən Ayt əş-Şaab və Ən-Nakura yaşayış məntəqələrinə hücum edib.

TodayPress xəbər verir ki, bu barədə “Al Mayadin” telekanalı məlumat yayıb.

Məlumata görə, bir neçə zərbə qaçqınlar üçün müvəqqəti yığılmış evlərə endirilib.

Zərbələrdən dərhəl sonra hadisə yerinə təcili yardım briqadaları yollanıb.

Yerli hakimiyyət orqanları mülki şəxslər arasında tələfatların ola biləcəyini istisna etməyiblər.

tag: İsrail,Livan,Hava Hücumu,Zərbə,Todaypress.az,