İsrail Livanda “Hizbullah” qoşunlarına hücum etdi

Dünya

08.02.2025 21:55

1874

İsrail Hərbi Hava Qüvvələri Livanın Bekaa bölgəsində “Hizbullah” yaraqlılarına zərbələr endirib.


TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.


Qurum əlavə edib ki, bu ərazidə fəaliyyət İsrail və Livan arasında atəşkəs razılaşmalarının ciddi şəkildə pozulmasıdır.

 

tag: İsrail, Hizbullah , Müharibə,Livan, Atəşkəs, todaypress.az,