İsrail Ordusu döyüş hazırlığını gücləndirir

Dünya

11.02.2025 10:23

2170

İsrail Ordusu HƏMAS-ın girovların azad edilməsini dayandırmaq niyyəti barədə bəyanatından sonra  döyüş hazırlığı səviyyəsini artırıb. 

TodayPress xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidmətindən bildirilib. 

Qeyd olunub ki, vəziyyətin qiymətləndirilməsindən sonra hazırlıq səviyyəsinin artırılması, Cənub Komandanlığının əməliyyat bölmələrinin əsgərlərinin məzuniyyətlərinin təxirə salınması, ərazinin əlavə bölmələrlə gücləndirilməsi barədə qərar qəbul edilib. 

Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib. 

Buna səbəb kimi İsrail tərəfindən atəşkəs razılaşmasının pozulması göstərilib. 

tag: HƏMAS,İsrail,Ordu,Fələstin,Todaypress.az,