İsrail ordusu “Hizbullah” tunelini məhv etdi

Dünya

10.02.2025 15:40

784

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriya ilə Livan arasında “Hizbullah”ın silah qaçaqmalçılığı üçün istifadə etdiyini iddia etdiyi tunelə zərbələr endirib. 

TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.

“Suriya ərazisindən Livan ərazisinə gedən və "Hizbullah" tərəfindən Bekaa bölgəsində silah qaçaqmalçılığı üçün istifadə edilən yeraltı tunelə kəşfiyyat məlumatları əsasında dəqiq zərbə endirildi” deyə məlumatda qeyd olunub.  Departament tunelin bərpası və istifadəsinin qarşısını almaqda qərarlı olduğunu vurğulayıb.

Bundan əlavə, İsrail aviasiyası "Hizbullah"ın reaktiv yaylım atəşi sistemləri və sursatlarının saxlanıldığı bir neçə obyektinə hücum edib.                       

Nicat Osman

tag: Hizbullah,İsrail,Livan,Hücum,Raket,Todaypress.az,