İsrail ordusu Qəzza ətrafında döyüş hazırlığını artırdı
İsrail ordusu ölkənin Qəzza zolağına
bitişik ərazilərinə nəzarət edən Cənub Komandanlığının döyüş hazırlığının
artırılmasını və müxtəlif ssenarilər halında oraya əlavə qüvvələrin
köçürüləcəyini açıqlayıb.
TodayPress-in məlumatına görə, bu barədə ordunun
mətbuat xidmətinin açıqlamasında bildirilir.
“Qoşunlara əlavə qüvvələrin göndərilməsi və ehtiyatda
olan şəxslərin səfərbərliyi müxtəlif ssenarilərə hazırlıq çərçivəsində həyata
keçirilir”, - məlumatda deyilir.
Xatırladaq ki, bir gün əvvəl HƏMAS nümayəndələri İsrail
tərəfini Qəzza zolağında müvəqqəti atəşkəs haqqında razılaşmanın şərtlərini
pozmaqda ittiham edərək, məhbusların azad edilməsi prosesinin dayandırdığını
bəyan ediblər.
tag: İsail, HƏMAS, Qoşun, Fələstin,todaypress.az,