İsrail ordusu Qəzza üçün evakuasiya əmri verdi
İsrailin Qəzza zolağında yeni hərbi əməliyyatlarla irəliləmək üçün konkret planı var.
TodayPress xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
“Əgər hər hansı bir məqamda qarşı tərəf (HƏMAS) səmimi danışıqlara qayıtmaq qərarına gəlsə və real danışıqlara qayıtsaq, o zaman hücumu dayandıracağıq, başqa seçim yoxdur” deyə bildirilib.
İsrailin Qəzzada yenilənmiş hava əməliyyatında məqsədi HƏMAS-ı girov danışıqlarında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkofun təklifi ilə razılaşmağa sövq etməkdir.
Uitkofun təklifi aprelin ortalarına, Pasxa bayramına qədər davam edəcək atəşkəs dövründə girovların yarısının azad edilməsi ilə əlaqəlidir. Yenə həmin təklifə görə, müharibənin dayandırılması ilə bağlı razılaşma əldə olunarsa, qalanları da sərbəst buraxılacaq.
Həmçinin “The Times of Israel” yazdığına görə, yeni hücumların genişlənəcəyi ilə əlaqədar İsrail Müdafiə Qüvvələri Qəzzanın bəzi bölgələri üçün evakuasiya əmri verib.
tag: İsrail,Qəzza,Evakuasiya,HƏMAS,Todaypress.az,