İsrail Ordusu Qəzzada əməliyyatlarını genişləndirir
İsrail Ordusu son saatlarda Qəzza zolağının
cənubundakı təhlükəsizlik zonasını genişləndirmək üçün Rəfahın Əl-Cenina
bölgəsində quru əməliyyatına başlayıb.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə
Qüvvələrinin "Telegram" kanalında məlumat verilib.
Bildirilib ki, əməliyyat zamanı qüvvələr HƏMAS
təşkilatının infrastrukturunu məhv edib. Eyni zamanda, İMQ və Qəzza zolağının
hər yerində HƏMAS hədəflərinə hava zərbələri endirməkdə davam edir.
"Həftəsonu məhv edilmiş hədəflər arasında silah
anbarları, reaktiv yaylım atəşi sistemləri, terrorçuların istifadə etdiyi hərbi
binalar və digər terror infrastrukturları var. Zərbələr nəticəsində terrorçular
məhv edilib. Onların bəziləri İsrail ərazisini minaatanlardan atəşə
tutublar məlumatda qeyd olunub.
tag: Qəzza, Əməliyyat, İsrail, Döyüş, HƏMAS, todaypress.az,