İsrail ordusu Suriyada əməliyyat keçirdi
İsrail təyyarələri Suriyanın paytaxtı Dəməşqin cənubundakı Kisva yaşayış məntəqəsi, həmçinin Dəra və Kuneytra əyalətlərindəki hərbi bazalara hava zərbələri endirib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri (İDF) məlumat yayıb.
Məlumata görə, hava hücumları ilə eyni vaxtda İsrail quru qoşunları Dəra və Kuneytra əyalətlərinin bir neçə rayonuna daxil olaraq, kazarmalara zərbələr endirib.
İsrail ordusunun sözçüsü Avixay Edri Suriyanın cənubunda hərbi texnika və qüvvələrin mövcudluğunun İsrail vətəndaşları üçün təhlükə yaratdığını bildirərək, ordunun hər hansı bir təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
İsrail hərbçiləri Dəra və Kuneytra əyalətlərini bir neçə saat sonra tərk edib.
Nicat Osman
tag: İsrail,Suriya,Əməliyyat,Bombardıman,Todaypress.az,