İsrail ordusu yeni ərazilərdə əməliyyata başladı
İsrail qüvvələri ilk
dəfə olaraq Qəzza zolağının Xan Yunis və Rəfah Moraq adlanan hissəsində
əməliyyata başlayıb.
TodayPress xəbər verir
ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin bəyanatında açıqlanıb.
“36-cı diviziyanın qoşunları Qəzza
zolağında fəaliyyət göstərmək üçün qayıdıb və ilk dəfə olaraq fəaliyyət
göstərdiyi Moraq dəhlizində fəaliyyətə başlanacaq” deyə məlumatda bildirilib.
İsrail hərbçilərinin sözlərinə görə, fəaliyyət
çərçivəsində diviziyanın qoşunları bölgədə qalan terror infrastrukturunun
yerləşdirilməsi və dağıdılması üçün Rəfahda əməliyyat aparır.
Aprelin 2-də İsrailin baş naziri Benyamin
Netanyahu bildirib ki, İsrail Qəzza ilə Misir sərhədi boyunca 15 kilometr
uzunluğunda bufer zonası olan ikinci Filadelfi dəhlizinə çevrilmək üçün
Qəzzadakı Moraq oxunu nəzarətə götürüb.
Aynur TAC
tag: İsrail, Ordu, Əməliyyat, Hərbi, Moraq, Qəzza,todaypress.az,