İsrail Qəzza ilə bağlı planını açıqladı
İsrail Nazirlər Kabineti Qəzza ilə bağlı planı təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə "Ynet" portalı hökumət mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, bölgədə əməliyyatların genişləndirilməsi işləri aparılacaq.
Eyni zamanda, HƏMAS-ın liderlərindən Abdel Rəhman Şadid bildirib ki, Fələstin tərəfi atəşkəs sazişi imzalamağa hazırdır və indi İsraildən cavab gözləyir.
O, danışıqların qarşısını İsrailin aldığını iddia edib.
Qeyd edək ki, İsrail martın 18-nə keçən gecə Qəzzada hərbi əməliyyatlarını bərpa edib.
Türkan İsgəndərli
tag: İsrail,Qəzza,Fələstin,Əməliyyat,todaypress.az,