İsrail Qəzza sakinlərinin köçürülməsi planını təsdiqlədi

Dünya

06.03.2025 16:10

2336

İsrail ordusu Qəzza zolağının 2500 sakininin hər gün digər ölkələrə çıxışını təmin edən planın hazırlanmasını tamamlayıb.

TodayPress xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri (İDF) məlumat yayıb.

Plan İsrail müdafiə nazirinin son vaxtlar verdiyi əmrə uyğun olaraq hazırlanıb.

Qəzza sakinləri üç marşrutla bölgəni tərk edə bilərlər:

Dənizlə — İsrail üzərindən Aşdod limanına, hava ilə — İsrailin cənubundakı Ramon hava limanı vasitəsilə, quruda — Misirə gedən Rifah nəzarət-buraxılış məntəqəsindən.

Quru yolu ilə artıq 35 min nəfər Qəzza zolağını tərk edib.

Nicat Osman

tag: İsrail,Qəzza,Zolaq,Tərk,MÜhacir,Todaypress.az,