İsrail Qəzzada döyüşləri gücləndirəcək
İsrail ordusu tezliklə Qəzza zolağında hərbi əməliyyatlarını genişləndirəcək.
TodayPress xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
O, Qəzza zolağının sakinlərini müharibəni dayandırmaq üçün HƏMAS hərəkatını anklavdan çıxarmağa və bütün girovları azad etməyə çağırıb.
"Ordumuz tezliklə Qəzza zolağının əksəriyyətinə nəzarət edəcək və siz döyüş bölgələrini boşaltmalı olacaqsınız. Ayağa qalxmaq, HƏMAS-ı qovmaq və bütün israilli girovları azad etmək vaxtı çatıb. Bu, müharibəni bitirməyin yeganə yoludur" Katz vurğulayıb.
Töhfə Səməd
tag: İsrail,Qəzza,HƏMAS,Döyüşlər,Todaypress.az,