İsrail Qəzzada əlavə ərazilərə nəzarət edəcək
İsrailin müdafiə naziri İsrael Katz orduya Qəzza zolağında əlavə əraziləri daimi nəzarətə götürməyi əmr edib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir açıqlayıb ki, Fələstinin HƏMAS hərəkatı israilli girovları azad etməsə, anklavın bəzi hissələri ilhaq ediləcək.
"Mən İsrail ordusuna Qəzzada əlavə əraziləri nəzarətə götürməyi, əhalini təxliyə etməyi və İsrail əsgərlərini qorumaq üçün Qəzza ətrafındakı təhlükəsizlik zonalarını genişləndirməyi tapşırdım. HƏMAS girovları azad etməkdən nə qədər imtina edərsə, bir o qədər çox ərazi itirəcək" Katz bildirib.
Qeyd edək ki, martın 18-də İsrail HƏMAS-la olan atəşkəsi pozduğunu açıqlayıb.
Türkan İsgəndərli
tag: İsrail,Fələstin,HƏMAS ,Qəzza ,Girov,todaypress.az,