İsrail Qəzzada yeganə işlək xəstəxananı vurdu
İsrail ordusunun həyata keçirdiyi hava zərbəsi nəticəsində Qəzza zolağında fəaliyyət göstərən sonuncu tam işlək xəstəxananın bir hissəsi dağılıb.
TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, zərbə nəticəsində reanimasiya və cərrahiyyə şöbələri dağılıb. İsrail Müdafiə Qüvvələri (IDF) isə bəyan edib ki, xəstəxanaya zərbə endirilməsi səbəbsiz deyil.
İddiaya görə, həmin ərazi HƏMAS tərəfindən “komanda və idarəetmə mərkəzi” kimi istifadə olunub.
Qəzzanın mülki müdafiə xidmətləri hadisə nəticəsində xəsarət alan olmadığını açıqlayıb.
Hadisə zamanı xəstəxanada olan yerli jurnalistin sözlərinə görə, İsrail hərbçiləri təcili yardım şöbəsində əməliyyat aparan həkimə zəng edərək, xəstəxananın dərhal təxliyə olunmasını tələb ediblər.
Qiymət Mahir
tag: İsrail,Fələstin,Qəzza,Zərbə,Todaypress.az,