İsrail Qəzzadan könüllü mühacirət üçün xüsusi orqan yaradır
İsrail hökuməti fələstinlilərin Qəzza zolağından könüllü mühacirət etməsi üçün xüsusi orqanın yaradılmasını təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
"Kabinet dünən axşam Qəzzadan könüllü mühacirətlə məşğul olacaq bir ofisin yaradılmasını təsdiqləyib" bəyanatda deyilir.
"Ynet" portalı yazır ki, hökumət İsrailin müdafiə naziri İsrael Katzın beynəlxalq qanunlara uyğun olan Qəzzalılar üçün Üçüncü Ölkələrə Könüllü Mühacirət Təşkilatının yaradılması təklifini bəyənib. Yeni direktorluq müdafiə nazirinə hesabat verəcək və köçmək istəyənlərin təhlükəsiz və nəzarətli şəkildə səfərlərini təmin edəcək, marşrutların təsdiqi, sərhəd keçidlərində yoxlamalar və təyinat ölkələrinə çatdırılma kimi məsələlərlə məşğul olacaq.
Qeyd edək ki, fevralın ortalarında İsrail Müdafiə Nazirliyinin rəhbəri Qəzza zolağından sakinlərin üçüncü ölkələrə könüllü miqrasiyasını asanlaşdırmaq üçün müdafiə nazirliyi tərkibində xüsusi idarənin yaradılması barədə göstəriş verib.
Töhfə Səməd
tag: İsrail,Qəzza,Könüllü,Mühacirət,todaypress.az,