İsrail Qəzzaya daha bir zərbə endirdi
İsrail qüvvələri Fələstində Qəzza şəhərinin şərq hissəsində yerləşən Əl-Şücayya bölgəsində yaşayış binasına zərbələr endirib.
TodayPress xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində azı 11 nəfər ölüb, 35 nəfər yaralanıb.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edib.
Türkan İsgəndərli
tag: İsrail,Fələstin,Qəzza,Zərbə,Todaypress.az,