İsrail Qəzzaya humanitar yardım gətirilməsini dayandırdı

Dünya

02.03.2025 15:10

1145

İsrail hökuməti Qəzzaya humanitar yardımın gətirilməsini tamamilə dayandırdığını açıqlayıb. 

TodayPress xəbər verir ki, bu haqda İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən məlumat verilib.

Qeyd olunub ki, buna səbəb Fələstinin HƏMAS qruplaşması ilə atəşkəs razılaşmasının birinci mərhələsinin başa çatmasıdır.

HƏMAS tərəfi atəşkəsin ikinci mərhələsinin əvvəlki razılaşmalara uyğun şəkildə davam etməsini istəyir. Buraya girovların və fələstinli məhbusların azad edilməsi, eləcə də İsrail ordusunun Qəzzadən çıxması daxildir.

Qiymət Mahir

tag: Qəzza,Fələstin,HƏMAS,İsrail,todaypress.az,