İsrail Qəzzaya yardımı planını açıqladı
İsrail beynəlxalq humanitar təşkilatlara və BMT rəsmilərinə Qəzza zolağına ərzaq, dərman və digər yardımların çatdırılmasını bərpa etmək üçün yeni plan təqdim edib.
TodayPress xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Məlumata görə, yeni plan İsrail hakimiyyəti və ordusuna humanitar yardım axınını birbaşa öz nəzarəti altına almağa imkan verir.
Belə ki, Qəzzanın cənub-şərqi ilə həmsərhəd olan Kerem Şalom adlı yalnız bir keçid məntəqəsi fəaliyyət göstərəcək, səlahiyyətli İsrail strukturları hər partiyanı yoxlayacaq və sonra yükü logistik mərkəzlərə göndərəcək.
Oradan humanitar yardım yalnız İsrail hakimiyyət orqanlarının təsdiq etdiyi paylama məntəqələrinə çatdırılacaq.
Hər bir partiya son alıcıya çatana qədər izləniləcək. Planın həyata keçirilməsində Müdafiə Qüvvələrinin və podratçıların hansı rol oynayacağı hələlik bəlli deyil.
Türkan İsgəndərli
tag: İsrail,Qəzza,Yardım,Plan,Todaypress.az,