İsrail qırıcıları Beyruta zərbələr endirdi

Dünya

01.04.2025 14:22

1621

 İsrail Silahlı Qüvvələrinin Livanın paytaxtı Beyruta hava zərbələri zamanı İranın xüsusi təyinatlı “Qüds” briqadasının üzvü Həsən Əli Məhmud Bədiri öldürülüb.

TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada sözügedən şəxsin həm də “Hizbullah”ın 3900 nömrəli xüsusi təyinatlı bölməsinin üzvü olduğu bildirilib.

tag: İsrail,Livan,Qırıcı,Zərbə,İran,Ölüm,Todaypress.az,