İsrail qırıcıları Dəməşqin cənubundakı hərbi obyektə hücum etdi

Dünya

03.04.2025 22:55

1154

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Dəməşqin cənub kənarındakı Əl-Kisvah məhəlləsində keçmiş Suriya ordusunun iki hərbi obyektinə raket zərbələri endirib.

TodayPress xəbər verir ki, bu barədə Suriya telekanalı xəbər yayıb.

Məlumata görə, Suriyanın keçmiş ordusunun 75 və 91-ci mexanikləşdirilmiş briqadalarının bazaları hədəfə alınıb.

Hava hücumundan sonra paytaxt və onun kəndlərində güclü partlayış səsləri eşidilib. Yanğınsöndürənlər və təcili yardım maşınları əraziyə cəlb olunub.

Qeyd edək ki, aprelin 2-də İsrail Hərbi Hava Qüvvələri Dəməşqin şimalındakı Masakin-Berzi məhəlləsindəki hərbi tədqiqat mərkəzinə raket zərbəsi endirib.

Aynur TAC
 

tag: israil, Dəməşq, Hücum, Raket, Suriya, todaypress.az,