İsrail quru əməliyyatına başladı

Dünya

04.04.2025 10:58

1917

İsrail Qəzzanın şərqində yerləşən Əş-Şucaiyyə rayonunda quru əməliyyata başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. 

Məlumata görə, İsrail ordusunun əsgərləri təhlükəsizlik zonasını genişləndirmək istəyir.

Bu səbəbdən ilkin olaraq quru əməliyyata başlayıb.

Bu rayon Qəzza Zolağının digər hissələrinə nisbətən daha sıx əhalisi olan bir bölgədir. 

İsrail ordusunun verdiyi açıqlamada, əməliyyatın dayandırılmayacağı bildirilib. 

Türkan İsgəndərli

tag: İsrail,Qəzza,Münaqişə,Əməliyyat,Todaypress.az,