İsrail Suriyanın paytaxtına zərbələr endirdi

Dünya

13.03.2025 19:12

2747

İsrail hava qüvvələri Suriyanın paytaxtı Dəməşqə zərbələr endirib. 

TodayPress xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb. 

Bildirilir ki, Dəməşqin şimal-qərbindəki Dummar rayonunda yaşayış binasına hücum edilib.

Yerli media zərbə nəticəsində ölənlərin olduğunu bildirib.  Onların dəqiq sayı barədə məlumat yoxdur. 

Türkan İsgəndərli

tag: İsrail,Suriya,Dəməşq,Zərbə,Todaypress.az,