İsrail və Suriya ordusu arasında atışma oldu

Dünya

03.04.2025 14:39

2237

İsrail hərbçiləri ilə Suriya ordusu arasında silahlı toqquşma baş verib. 

TodayPress xəbər verir ki, bu barədə "SNN" telekanalı  məlumat yayıb. 

Bildirilib ki, aprelin 2-dən 3-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Suriya ordusunun hərbi aerodromlarına irimiqyaslı hava zərbəsi endirib.

Suriya da İsrailə hücumla cavab verib.   

Atışma nəticəsində onlarla mülki şəxs və hərbçi yaralanıb.

Ölənlərin sayı barədə dəqiq məlumat verilməyib. 

Türkan İsgəndərli

tag: İsrail ,Suriya,Ordu,Atışma,Todaypress.az,