İsraildə böyük terror aktının qarşısı alındı

Dünya

26.02.2025 11:04

2708

İsrail kəşfiyyat xidmətləri İordan çayının qərb sahilində iri bombadan istifadə edərək terror aktının qarşısını alıb.

TodayPress xəbər verir ki, bu barədə "Ynet" xəbər portalı İsrail Təhlükəsizlik Xidmətinə (Shabaq) istinadən məlumat yayıb.

Məlumata görə, silahlılar İsrail Müdafiə Qüvvələrinə (IDF) qarşı 100 kiloqramlıq güclü partlayıcı qurğudan istifadə etmək istəyiblər.

Qeyd edək ki, fevralın 21-də Təl-Əvivin ətrafında boş avtobuslarda partlayışlar baş verib. İsrail polisinin sözçüsü mayor Maykl Zingerman bildirib ki, baş verənlər təhlükəli terror aktının planlaşdırıldığını göstərir.

Fələstinin HƏMAS hərəkatı İsraildə ictimai nəqliyyata edilən hücumlarla bağlı bəyanat yayaraq , hücumları "intiqam" adlandırıb. 

Hərəkat partlayışları İsrail ordusunun Tulkərm şəhərində keçirdiyi əməliyyatla əlaqələndirib.

Nicat Osman

tag: İsrail,Terror,Dünya,Hadisə,todaypress.az,