İsraildə güclü yanğın başladı

Dünya

30.04.2025 16:02

12

İsraildə Eştaol meşəsində güclü yanğınlar başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.   

Yanğının söndürülməsinə 50-yə yaxın yanğınsöndürmə briqadası, 10 yanğınsöndürən təyyarə və bir helikopter cəlb olunub. 

AFP-nin məlumatına görə, İsrailin müdafiə naziri orduya yanğına nəzarət etmək üçün qüvvələr göndərməyi əmr edib.

tag: İsrail,Yanğın,Hadisə,Eştaol,Todaypress.az,