İsraildə terror aktı törədildi
İsraildə sürücü maşını
piyadaların üstünə sürüb və nəticədə 13 nəfər xəsarət alıb.
TodayPress xəbər verir ki, bu barədə “The Times of
Israel” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, insident Hayfa rayonunun Pardes-Hana
kəndi yaxınlığındakı avtobus dayanacağına yaxın şossedə baş verib. Yaralılardan
üçünün vəziyyəti ağırdır.
Polis hadisəni terror aktı kimi qiymətləndirib və
bildirib ki, avtomobilin sürücüsü artıq zərərsizləşdirilib. Vurğulanıb ki,
hadisəni törədən 53 yaşlı fələstinli qeyri-qanuni olaraq İsrail ərazisində
yaşayıb və İordan çayının qərb sahilindəki Cenin şəhərindən olub.
tag: Israil, Terror, Maşın, Piyada, Fələstin, todaypress.az,