İsraildə terror: Ölən və yaralananlar var
İsrailin Hayfa şəhərində törədilən terror aktı nəticəsində bir nəfər ölüb, azı beş nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə "The Times of İsrael" məlumat yayıb.
Məlumata görə, yaralananlardan ikisi 70, biri 30 digərləri isə yeniyetmə yaşlarında olub. Onlardan birinin vəziyyəti kritikdir.
Hücumdan sonra iki şübhəli zərərsizləşdirilib.
Terror İsraillə HƏMAS arasında girov müqaviləsinin birinci mərhələsinin başa çatması ilə əlaqələndirilir.
Türkan İsgəndərli
tag: İsrail,Hayfa,Terror,Hücum,HƏMAS ,todaypress.az,