İsraildən “Hizbullah”a zərbə

Dünya

28.02.2025 15:15

2093

Livanın şərqində “Hizbullah”ın silah baronu Məhəmməd Mehdi Əli Şahin məhv edilib.

TodayPress xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri məlumat yayıb.

Məlumata görə, Şahin Xermelya rayonunda öldürülüb və o, “Hizbullah” üçün silah alışı və paylanmasını təşkil edib.

Qeyd edək ki, keçən il İsrailin zərbələri nəticəsində “Hizbullah”ın lideri Həsən Nəsrullah daxil olmaqla bir neçə mühüm üzvü zərərsizləşdirilib. 

Nicat Osman

tag: Livan,Hizbullah,İsrail ,Şahin Xermelya,todaypress.az,