İsrailə qaytarılacaq girovların adları açıqlandı
İsrailin
“Girov Ailələri Forumu” qeyri-hökumət təşkilatı atəşkəs razılaşması
çərçivəsində Fələstinin HƏMAS hərəkatı tərəfindən fevralın 22-də Qəzza
zolağından azad edilməli olan altı şəxsin adlarını dərc edib.
TodayPress xəbər verir ki, bunlar Eliya Koen, Tal Şoham, Ömər Şem
Tov, Ömər Venkert, Hişam əl-Səid və Avera Menqistundur.
Təşkilat
girovların adlarını yalnız yaxınlarının Qəzzadan qaytarılacağına dair İsrail
hakimiyyətindən bildiriş alan ailələrinin razılığını aldıqdan sonra dərc edir.
Bundan əvvəl
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi təsdiq edib ki, Qahirədə uğurlu
danışıqlardan sonra İsrail fevralın 22-də Qəzzadan altı girovun azad
edilməsini, həmçinin gələn cümə axşamı dörd ölü girovun cəsədlərinin təhvil
verilməsini gözləyir.
tag: İsrail, Girov,Qəzza, HƏMAS, todaypress.az,