İsraili boykot edənlər cəzalandırılacaq

Dünya

05.05.2025 12:45

25

ABŞ konqresmenləri Mayk Louler və Coş Qottheymer İsraili boykot etməyə çağırışları cinayət sayan qanun layihəsi təqdim ediblər. 

TodayPress xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.

Layihəyə görə, bu cür çağırışlara görə 1 milyon dollara qədər cərimə və 20 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Konqresmenlər bunun antisemitizmə qarşı tədbir olduğunu desələr də, layihə söz azadlığını pozduğu üçün hər iki partiyadan ciddi tənqid edilib.

Türkan İsgəndərli

tag: ABŞ,İsrail,Cəza,Boykot,todaypress.az,