İsrailin Fələstinə hücumu nəticəsində ölən tələbələrin sayı açıqlandı
Fələstin Təhsil Nazirliyi 2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına və İordan çayının qərb sahilinə hücumları nəticəsində 14700-dən çox tələbənin öldüyünü, 24700-dən çoxunun isə yaralandığını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə "WAFA" xəbər agentliyi məlumat yayıb.
"Qəzza zolağında 14 min 649 tələbə həlak olub, daha 23 min 936 tələbə yaralanıb. İordan çayının qərb sahilində isə 135 tələbə ölüb, 830 tələbə yaralanıb" məlumatda qeyd olunub.
Nazirliyin məlumatına görə, İsrailin Qəzzaya hücumları nəticəsində 880 müəllim həlak olub, 4247 nəfəri isə yaralanıb.
Bundan başqa 111 dövlət məktəbi, 60 universitet dağıdılıb. 352 məktəb və 20 ali məktəbə ciddi ziyan dəyib.
Aynur TAC
tag: Fələstin, İsrail, Qəzza, Tələbə,