İstanbul və Ankara arasında qatarların hərəkəti dayandı
Türkiyədə İstanbul və Ankara arasında sürət qatarlarının hərəkəti texniki səbəblərdən dayanıb.
TodayPress xəbər verir ki, bu barədə TCDD (Türkiyə Dəmir Yolları) “X” sosial şəbəkəsində məlumat yayıb.
“Kocaeli vilayətinin Yarımca stansiyasında elektrik təchizatında yaranan texniki problem səbəbindən İstanbuldan və şəhərə gedən qatarların hərəkətində ləngimələr yaranıb” deyə məlumatda bildirilir.
Mütəxəssislər artıq problemin həlli üzərində işləyirlər.
tag: İstanbul,Ankara,Qatar,Dayanma,Todaypress.az,