İstanbulda 300 nəfər saxlanıldı

Dünya

01.05.2025 17:50

10

İstanbul hakimiyyəti 1 May – Əmək və Həmrəylik Günü münasibətilə Taksim meydanı ətrafında icazəsiz aksiyaların qarşısını almaq üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirib.

TodayPress “Müasir Hüquqşünaslar Assosiasiyası”na istinadən xəbər verir ki, şəhərdə təxminən 300 nəfər, o cümlədən Şişli və Beşiktaş rayonlarında azı 13 nəfər saxlanılıb. 

İstanbul rəhbərliyi həmkarlar ittifaqlarına yalnız şəhərin Asiya hissəsində yerləşən Kadıköy və Kartal rayonlarında aksiya keçirməyə icazə verib.

“Habertürk”ün məlumatına görə, təhlükəsizliyin təmin olunmasına 40 minə yaxın polis cəlb edilib. Hazırda ciddi insident qeydə alınmayıb.

Qiymət Mahir

tag: İstanbul ,Əmək və Həmrəylik Günü,Taksim meydanı,Aksiya,todaypress.az,