İstanbulda polisə hücum oldu, üç nəfər yaralandı
Türkiyənin İstanbul şəhərində polis
əməkdaşlarına hücum olub.
TodayPress “Haber Global”a istinadən xəbər verir ki,
hadisə Bağcılar rayonunda qeydə alınıb.
Məlumata görə, naməlum şəxs yol kənarındakı polis avtomobilinə
yaxınlaşaraq bir müddət ətrafı müşahidə edib. Sonra isə qapını açaraq bıçaqla
biri qadın olmaqla üç polis əməkdaşını yaralayıb. Onlar xəstəxanaya
yerləşdirilib, şübhəli şəxs isə saxlanılıb.
Hadisənin səbəbi hələ ki məlum deyil.
tag: Türkiyə, Polis, istanbul, Xəstəxana, Bağcılar, todaypress.az,