İstanbulda qiymətli əsərlər ələ keçirildi
Türkiyənin İstanbul şəhərində Roma dövrünə aid, dəri üzərində qızıl hərflərlə bəzədilmiş 1200 illik Tövrat və digər qiymətli əsərlər ələ keçirilib.
TodayPress xəbər verir ki, bu barədə İstanbul Bölgə Jandarma Komandanlığı məlumat yayıb.
Bildirilib ki, şəhərin 3 nöqtəsində əməliyyat keçirilib.
Uzunluğu 2 metr, eni 15 santimetr olan Tövratın 1,5 milyon ABŞ dollarına satılacağı ortaya çıxıb.
Əməliyyatda Tövratdan əlavə, Qədim Yunan Pontus Amisos dövrünə aid 550 sikkə, Bizans dövrünə aid 51 sikkə, 15 tarixi əşya, 2 üzük, Tövrat üçün qoruyucu qutu və iki toxmaq aşkar edilib.
Əməliyyat zamanı 6 şübhəli şəxs həbs edilib. Onlar məhkəməyə gətirilib, lakin sonradan insan alveri əməliyyatı ilə bağlı istintaq davam etdiyi üçün məhkəmə nəzarəti altında sərbəst buraxılıblar.
Aysel Mətləb
tag: istanbul,Sikkə,Roma Dövrü,Tarixi Əsər,Qaçaqmalçılıq,Todaypress.az,