İstanbulda yarım tona yaxın narkotik ələ keçirildi

Dünya

05.04.2025 14:40

2067

Türkiyənin İstanbul Hava Limanında 455,2 kiloqram narkotik vasitə - kokain ələ keçirilib.

TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ticarət Nazirliyinin Gömrük Mühafizəsi qruplarını uğurlu əməliyyata görə təbrik edib və bildirib ki, zəhər tacirlərinin gözlərini açmasına imkan verilməyəcək.

tag: Türkiyə,Hava Limanı,Yarım Ton,Narkotik,Todaypress.az,