İsveç Polşaya döyüş təyyarələri göndərəcək

Dünya

06.03.2025 16:50

2297

İsveç ilk dəfə olaraq Polşaya öz döyüş təyyarələrini göndərəcək.

TodayPress xəbər verir ki, bu barədə “İnterfax” məlumat verib.   

Bildirilib  ki, İsveçin bir qrup “Jas 39 Gripen” qırıcısı Polşadakı alyansın hava məkanını patrul edəcək və qoruyacaq bazaya köçürülür.   

"İsveç bu gün NATO-nun Polşadakı 2 əməliyyatına bir neçə "JAS Gripen" döyüş təyyarəsi göndərməyi planlaşdırır. Biz müttəfiqlərimizi və dostlarımızı müdafiə etməyə hazırıq" deyə İsveçin müdafiə naziri Poul Conson deyib. 

Aysel Mətləb

tag: İsveç,Polşa,NATO,JAS-39,Grippen,Todaypress.az,