İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək

Dünya

13.03.2025 22:10

1233

İsveç Ukraynaya 18 ədəd çoxməqsədli “Archer” özüyeriyən artilleriya qurğusu və 5 ədəd “Artur” əks-batareyalı radiolokasiya sistemi verəcək.

TodayPress xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Conson mətbuat konfransında bildirib.

“Ukraynanın artilleriyaya və artilleriya sursatlarına ciddi ehtiyacı var” nazir deyib.

Məlumata görə, bu dəstək paketinin ümumi dəyəri 3 milyard kron (300 milyon ABŞ dolları) təşkil edir. Vəsaitlərin bir hissəsi Danimarkanın təşəbbüsü çərçivəsində Ukraynanın müdafiə sənayesinə, o cümlədən 155 mm-lik sursatın və ya Ukraynanın təkərli özüyeriyən “Boqdana” haubitsasının istehsalına yönəldiləcək.

Qeyd edək ki, yardımın ayrılması yanvarın sonunda açıqlanıb və onun təfərrüatları bu gün açıqlanıb.

 

tag: Ukrayna, Kiyev, Nazir, Yardım, Hərbi, todaypress.az,