İsveç Ukraynaya ən böyük yardım paketini ayırdı
İsveç
Ukraynaya 16 milyard İsveç kronu (təxminən 1,59 milyard ABŞ dolları) dəyərində
hərbi yardım paketi verəcək.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bu, müharibə
başlayandan bəri Skandinaviya ölkəsindən ən böyük yardım paketidir.
Yardımın ən böyük
hissəsi - 9 milyard kron - İsveçin Ukraynaya təhvil verəcəyi silah və
avadanlıqların alınmasına yönəldiləcək.
"Biz
yardımın təqribən 70%-nin 2025-ci ildə, qalan hissəsinin isə 2026-cı ildə
çatdırılmasını gözləyirik" İsveçin müdafiə naziri Poul Conson bildirib.
tag: Ukrayna, İsveç, Yardım, Kron, Hərbi, todaypress.az,