İsveç Ukraynaya sülhməramlı qüvvə göndərə bilər
"İsveç lazım gələrsə, Ukrayna ərazisinə sülhməramlıların göndərilməsini istisna etmir".
TodayPress xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Mariya Malmer “Stenergard Sveriges Radio”nun efirində bildirib.
“Biz beynəlxalq hüquqa və Ukraynaya hörmət edən ədalətli və davamlı sülhə razı olmalıyıq. Biz bu sülhə sahib olandan sonra onun qorunub saxlanmasını təmin etməliyik, o zaman heç nəyi istisna etməyəcəyik” deyə o qeyd edib.
İsveçin baş naziri Ulf Kristersson da bildirib ki, müvafiq razılaşmalar əldə olunarsa, Ukraynaya sülhməramlıların göndərilməsi mümkündür.
Xatırladaq ki, bir gün əvvəl məlumat verilmişdi ki, ABŞ rəsmiləri Ukraynada münaqişənin həll olunacağı təqdirdə, xarici sülhməramlı qüvvələri, o cümlədən qeyri-Avropa ölkələrindən olan qüvvələri respublikaya göndərə bilərlər.
Aysel Mətləb
tag: Ukrayna,İsveç,Sülhməramlı,XİN,Mariya Malmer,todaypress.az,