İsveçdə məktəbdə atışma nəticəsində ölənlərin sayı artdı

Dünya

05.02.2025 12:55

1680

İsveçin Orebro şəhərində məktəbdə atışma nəticəsində ölənlərin sayı 11-ə çatıb. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Polis silahlı hücumun Risbergska şəhərciyində baş verdiyini təsdiqləyib. 

Qeyd edək ki, fevralın 4-də günortadan sonra Stokholmdan təqribən 200 kilometr aralıda yerləşən Örebro şəhərindəki “Campus Risbergska” məktəbində atışma baş verib. Polis cinayətkarın təkbaşına hərəkət etdiyini bildirib. Cinayətkar avtomat silahlardan istifadə edib. İsveç kralı XVI Karl Qustaf həlak olanlara başsağlığı verib.   

Nicat Osman

tag: İsveç,Məktəb,Atışma,Ölüm,Todaypress.az,