İsveçdən 16 milyard kronluq hərbi yardım
İsveç Ukraynaya 16 milyard kron məbləğində yeni hərbi yardım paketi ayıracağını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Pol Yonson məlumat verib.
Bu, 2022-ci ildən bəri İsveçin Ukraynaya göndərdiyi ən böyük hərbi yardım paketi olacaq.
Vəsaitin 60 faizi Ukrayna Silahlı Qüvvələrinin alacağı hərbi texnikanın alınmasına yönəldiləcək.
Qeyd olunub ki, bütün silahlar İsveçin özündə istehsal olunacaq.
Qiymət Mahir
tag: İsveç,Ukrayna,Hərbi,Yardım,Milyard,Kron,Todaypress.az,