İtaliya G7-də iştirak etməyəcək

Dünya

22.02.2025 11:56

903

İtaliyanın Baş naziri Ciorcia Meloni Rusiyanın Ukraynaya hücumunun üçüncü ildönümünə həsr olunmuş G7 toplantısında iştirak etməyəcək.

TodayPress xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.

Məlumata görə, Meloni təqvimdəki sıx iş qrafiki səbəbindən fevralın 26-da keçiriləcək toplantıya qatıla bilməyəcək. 

Lakin iddia olunur ki, onun bu qərarı ABŞ prezidenti Donald Trampın mümkün narazılığından yayınmaq istəyi ilə bağlıdır. 

Nicat Osman

tag: İtaliya,G7,Meloni,Baş Nazir,Todaypress.az,