İtaliya hökuməti “Google”un vergi işinə xitam verəcək
İtaliya hakimiyyəti “Alphabet Inc.”ə məxsus olan Google şirkətinə qarşı aparılan vergi qaçaqçılığı araşdırmasını dayandırmaq üçün tədbirlər görəcək.
TodayPress xəbər verir ki, bu barədə “MarketWatch” hökumət nümayəndələrinin açıqlamalarına istinadən məlumat yayıb.
Bildirilir ki, Milan prokurorluğunun apardığı araşdırma “Google”un 2015-2019-cu illərdə İtaliyada mənfəət vergisindən yayınması ilə bağlı idi. Hakimiyyət orqanları ölkədə şirkətin serverlərinin və digər infrastrukturlarının mövcudluğunu əsas gətirərək, əsas diqqəti reklam satışlarından əldə olunan gəlirə yönəltmişdi.
Google məsələnin həlli üçün 326 milyon avro ödəməyə razılaşıb. Şirkətin bəyanatında bu məbləğin “məhkəməsiz vergi yoxlamasının həlli” üçün nəzərdə tutulduğu bildirilib.
Qeyd edək ki, Google daha əvvəl oxşar vergi mübahisəsini həll etmək üçün Fransa hökumətinə 1 milyard dollardan çox məbləğ ödəyib.
Qiymət Mahir
tag: İtaliya ,Google ,Vergi,Dünya,todaypress.az,