İtaliya prezidenti əməliyyat oldu

Dünya

16.04.2025 19:26

15

İtaliya prezidenti Sercio Mattarella kardiostimulyator quraşdırmaq üçün əməliyyat olunub və vəziyyəti stabildir.   

TodayPress xəbər verir ki, bu barədə “La Stampa” qəzeti mənbələrə istinadən yazıb. 

“Respublika prezidenti Sercio Mattarella ürəyindən əməliyyat olunub. Ona  kardiostimulyator quraşdırılıb" deyə bildirilib. 

İtaliya prezidentinin aprelin 16-17-si xəstəxanadan buraxılacağı vurğulanıb. 

Qeyd edək ki, Mattarellanın 83 yaşı var. O, 2015 və 2022-ci ildə İtaliya prezidenti seçilib.

Töhfə Səməd

tag: İtaliya,Sercio Mattarella,Ürək,Əməliyyat,Todaypress.az,